Advertisement

“Tottenhem”in futbolçusu Fransada qarət olundu

Bakı. Trend:

İngiltərənin “Tottenhem” komandasının futbolçusu İves Bissuma
qarət olunub.

Trend xarici mətbuata istinadən xəbər verir ki, hadisə Fransanın
Kann şəhərində yaşanıb.

27 yaşlı yarımmüdafiəçi bazar günü səhər ailəsi ilə qaldığı
otelin qarşısında iki naməlum şəxsin hücumuna məruz qalıb.

Malili futbolçu şikayəti zamanı polislərə bildirib ki, onun
gözünə gözyaşardıcı qaz vurduqdan sonra 260 min avro dəyərində olan
qol saatını oğurlayıblar.

Fransa polisi faktla bağlı araşdırma aparır.