Advertisement

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti
Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih
Birol ilə görüşüblər.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə
ölkəmizdə enerji səmərəliliyinin, bərpaolunan enerji mənbələrinin
artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına
diqqət yetirilməsi və digər nəticələr baxımından qazanılan uğurlar
diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanın alternativ enerji resurslarından
istifadənin intensivləşdirilməsi işində fəal iştirakı, COP29
tədbirindən gözləntilər və iqlim dəyişikliyini tənzimləyən
proqramların maliyyələşdirilməsi mexanizmləri barədə fikir
mübadiləsi aparıblar.