Bakı. Trend:
“Böyük Dəbilqə”nin 24 qat qalibi Novak Cokoviç “Rolan Qarros”da
1/4 finala yüksəlib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, 5 setdə Fransisko Serundolonu
(Argentina) məğlub edib.
Serbiyalı tennisçi karyerasında “Böyük Dəbilqə” yarışlarında
370-ci qələbəsini qazanıb. Cokoviç bu nəticə ilə rekordçu olub. O,
isveçrəli həmkarı Roje Federeri (369) arxada qoyub. Qadın
tennisçilər arasında 23 dəfə analoji yarışın qalibi olan Serena
Uilyams (367) siyahıda üçüncüdür.
Qeyd edək ki, Cokoviç “Rolan Qarros-2023”ün qalibidir. O, 1/4
finalda ötən il həlledici oyunda məğlub etdiyi Kasper Ruudla
(Danimarka) qarşılaşacaq.





























