Advertisement

“Brent” neftinin qiyməti ucuzlaşıb – Trend.Az

Bakı. Trend:

Dünya bazarında neftin qiyməti 0,36% ucuzlaşıb.

Trend xəbər verir ki, “Brent” markalı neftin bir barelinin
dəyəri fevralın əvvəlindən bəri ilk dəfə 78 dollardan aşağı
düşüb.

Bakı vaxtı ilə saat 04:39-a olan məlumata görə, “Brent” markalı
neftin avqust fyuçerslərinin qiyməti 0,36% azalaraq bir barel üçün
77,84 dollar təşkil edib.

Qərbi Texas markalı neftin dəyəri iyul fyuçersləri 0,74%
ucuzlaşaraq 73,67 dollar olub.