Advertisement

Əfsanəvi basketbolçunun imzası olan kart 3 milyona satılıb

Bakı. Trend:

Əfsanəvi basketbolçu Maykl Cordanla bağlı kolleksiya kartı
hərracda satılıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, kartın dəyəri 2,928 milyon dollar
olub.

“Goldin” hərrac evində keçirilən tədbirdə qiymət 30 dəfə
qaldırılıb. Kart “Upper Deck Ultimate 2003/04” kolleksiyasına
məxsus olub. Alıcı 2,2 milyon dollar və 22 faiz əlavə komissiya
ödəyib. Mayklın imzası ilə olan bu kart cəmi 1 nüsxədir.

Qeyd edək ki, Cordan 6 dəfə NBA çempionu olub.