Bakı. Trend:
Azərbaycan etibarlı enerji tədarükçüsü olaraq qalır.
Trend xəbər
verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları
Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri
Kemian Bakı Enerji Həftəsində deyib.
“Mənim üçün burada, Bakıda keçirilən 29-cu illik enerji
tədbirində ABŞ hökumətini təmsil etmək böyük şərəf və üstünlükdür.
ABŞ və Azərbaycan möhkəm ikitərəfli əlaqələr saxlayır və Azərbaycan
regionda və Avropada enerji təhlükəsizliyinin təşviqində davamlı və
mötəbər tərəfdaş olaraq qalır”, – o deyib.
Onun sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə
kimi özünün etibarlı və mötəbər enerji tədarükçüsü mövqeyindən
istifadə etmək və qlobal enerji keçidi və iqlim dəyişikliyi ilə
mübarizə sahəsində məqsədlərin əldə olunmasına köməklik göstərmək
imkanı var.
“ABŞ COP29-un uğurunu təmin etmək üçün qarşıdakı aylarda
əməkdaşlığımıza ümid edir”, – deyə Harri Kemian əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























