Advertisement

Azərbaycan COP29-un keçirilməsində Aİ-nin tam dəstəyinə arxalana bilər – Kristina Lobillo Borrero

Bakı. Trend:

Azərbaycan COP29-un keçirilməsində Avropa İttifaqının (Aİ) tam
dəstəyinə arxalana bilər.

Trend xəbər
verir ki, bu barədə Avropa Komissiyası Energetika üzrə Baş İdarənin
direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsində
deyib.

“COP29-un keçirilməsi enerji təhlükəsizliyimizi artırmaq, bərpa
olunan enerjiyə investisiyaları artırmaq, sənaye bazalarımızı
möhkəmləndirmək, energetika, ədalətli enerji keçidi və
bazarlarımızda ticarətə imkan yaratmaq və şübhəsiz,
iqtisadiyyatlarımızı düzgün istiqamətləndirmək, 2050-cı ilədək
istixana qazlarının sıfır səviyyəsinə nail olmaq məqsədilə bu
ideyaları reallaşdırmaq üçün unikal imkanıdır. COP29-un qlobal
uğura çevrilməsi üçün Avropa İttifaqının tam dəstəyinə arxalana
bilərsiniz”, – o deyib.

Onun sözlərinə görə, xüsusən bərpa olunan enerji sahəsində
xüsusi əhəmiyyət kəsb edən iki konkret təşəbbüs var ki, onlardan
biri də “yaşıl” enerji dəhlizinin inkişafı üzrə Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında tərəfdaşlıqdır.

“Digər ölkələr də bu təşəbbüsdə iştirak etməkdə maraqlı
olduqlarını bildirib. İnklüziv yanaşma regional səviyyədə
infrastrukturun inkişafı və bazar inteqrasiyasının faydaları artıra
bilər. Digər mühüm təşəbbüs Serbiyanın Bərpa Olunan Enerji
Agentliyi ilə Avropa daxilində Avropa Külək Enerjisi Federasiyası
arasında Xəzər dənizində dəniz külək enerjisinin inkişafına dair
sazişdir. Biz unikal potensial və ambisiyaları möhtəşəm şəkildə
birləşdiririk. Hesab edirəm ki, bu təşəbbüs böyük potensiala
malikdir və bütün tərəflər onun mümkünlüyünü nümayiş etdirmək və
həyata keçirmək böyük maraq göstərir”, – deyə Kristina Lobillo
Borrero əlavə edib.