Advertisement

Bu il Naxçıvan büdcəsinə yol vergisi üzrə daxil olan vəsait artıb

Bakı. Trend:

Cari ilin yanvar-may ayları ərzində Naxçıvan Baş Gömrük
İdarəsinin xətti ilə muxtar respublikanın büdcəsinə yol vergisi
üzrə 2 milyon 45 min manat proqnoza qarşı 10 milyon 460 min manat
vəsait daxil olub.

Trend Dövlət Gömrük
Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, nəzərdə tutulan proqnozdan 8 milyon 415 min
manat və ya 5,11 dəfə çoxdur.