Advertisement

Hərracda tələb 73 milyon dollara yaxın olub

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə Trend-ə Mərkəzi
Bankdan məlumat verilib.

Bildirilib ki, hərracda tələb 72,8 milyon dollar təşkil edib və
tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində
formalaşıb.