Advertisement

Xocalıda atelye fəaliyyətə başlayıb – Trend.Az

Bakı. Trend:

Xocalı şəhərində atelye fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, “Naxışlı” atelyesi 10 günə yaxındır
Xocalıda fəaliyyət göstərir.

Layihə rəhbəri Təranə Sultanova Trend-ə bildirib ki, atelye
müasir standartlara cavab verən istehsal sahəsidir.

“Əsas məqsədimiz burada xanımların işlə təmin olunmasını təşkil
etmək və onların əl işlərini dünyaya tanıtmaqdır. Hazırda 5 nəfər
işlə təmin olunub. Daha iki vakansiyamız da var.

Xocalıda sakinlərin sayı çoxaldıqca atelyedə vakansiyaların sayı
artacaq. İlkin mərhələdə ev tekstili – süfrələr, yemək servisi üçün
dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul
çeşidləri də artırılacaq”, – deyə o qeyd edib.