Bakı. Trend:
SOCAR Xəzər dənizində “Abşeron” qaz-kondensat yatağının
işlənilməsinin 2-ci mərhələsi üzrə son investisiya qərarının
2024-cü ilin sonuna qədər qəbul edilməsinə çalışacaq.
Trend xəbər
verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı
Enerji Həftəsi çərçivəsində jurnalistlərə deyib.
“Yekun investisiya qərarı ilə bağlı Əbu-Dabi Milli Neft Şirkəti
(ADNOC) və “TotalEnergies” ilə danışıqlar aparılır. Ümid edirik ki,
qərar 2024-cü ilin sonunda qəbul olunacaq”, – B.Hüseynov deyib.
Onun fikrincə, danışıqlarda suallar yaranarsa, yekun investisiya
qərarı 2025-ci ilin ortalarına qədər dəqiq qəbul olunacaq.
Qeyd edək ki, Xəzər dənizində “Abşeron” layihəsinin
iştirakçıları SOCAR (35 faiz), “TotalEnergies” (35 faiz) və
ADNOC-dur (30 faiz).
(Tərcümə: Rəna Əbdürəhmanova)



























