Bakı. Trend:
“Qarabağ” Adama Diakabinin ardınca qapıçısı Andrey Lunyovla
yollarını ayırıb.
Klubdan İdman.bizə verilən xəbərə görə, 32 yaşlı
rusiyalı qolkiperin müqaviləsi uzadılmayıb.
2023-cü ilin yayında “Qarabağ”a keçən Lunyov azad agent statusu
ilə Ağdam klubunu tərk edib. O, bir il formasını geyindiyi klubda
ölkə çempionu və kubokun qalibi olub.
Qeyd edək ki, Lunyov “Qarabağ”a “Bayer”dən keçib.





























