
Bakı. Trend:
Xalq Bank “Zolotaya
Korona” sürətli pul köçürmə sistemi üzrə yeni hədiyyəli
kampaniyaya start verir.
Bu gündən etibarən Xalq Bankın istənilən filialında “Zolotaya
Korona” təcili pulköçürmə sistemi vasitəsilə əməliyyat edən hər kəs
hədiyyə qazanmaq şansı əldə edəcək. Belə ki, 3 ay davam edəcək
kampaniya ərzində hər ay 10 ən çox məbləğdə pul göndərən və 10 ən
çox məbləğdə vəsait alan müştərilər fotoprinter, ağıllı saat,
qulaqlıq, danışıq dəqiqələri və s. kimi müxtəlif dəyərli hədiyyələr
əldə edəcəklər.
Kampaniya 31 avqustadək qüvvədədir. Qeyd edək ki, “Zolotaya
Korona” sistemi ilə 50-dən çox ölkə üzrə 20 000-ə yaxın məntəqəyə
sərfəli tariflərlə pul köçürmək və ya almaq mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.



























