
Bakı. Trend:
30 may 2024-cü il tarixində PASHA Yatırım Bankası A.Ş.-nin 25
000 000 ABŞ dolları həcmində istiqrazları Bakı Fond Birjasında
abunə yazılışı üsulu ilə yerləşdirilmişdir. İstiqrazların əsas
anderrayteri kimi isə PAŞA Kapital İnvestisiya Şirkəti QSC çıxış
edib.
Xatırladaq ki, nominal dəyəri 1 000 ABŞ dolları olan qiymətli
kağızlar sənədsiz, adlı, faizli, təmin edilməmiş xüsusiyyətlərinə
malikdir. İnvestorlar ildə günlərin sayı 360 (üç yüz altmış) və bir
ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim
ayından bir istiqrazlardan gəlir əldə edə biləcək.
Gəlirliliyə gəldikdə isə, investorlara illik 6,19% təmin edəcək
bu istiqrazların faiz ödənişindən Türkiyə Respublikasının
qanunvericiliyinə əsasən 3% ödəmə mənbəyində vergi (ÖMV)
tutulacaqdır. Yerli qanunvericiliyə əsasən hesablanan vergi
məbləğini nəzərə alaraq qeyd edə bilərik ki, hüquqi şəxslərin
gəliri 6.00%, fiziki şəxslərin gəliri isə 5.40% təşkil
edəcəkdir.
Baş tutan yerləşdirmədə 9 sifariş qeydə alınıb və 25 000 000 ABŞ
dolları həcmində qiymətli kağız reallaşdırılıb. Qeyd edək ki,
istiqrazlar üzrə gəlir faizlərinin ödəmə tarixi 30 noyabr 2025-ci
il təyin edilib.
Yüksək gəlirli investisiya imkanları və maliyyə bazarlarında
etibarlı vasitəçi xidməti ilə maraqlanan şəxslər PAŞA Kapital-a
müraciət edə bilər. İnvestisiya şirkətinin peşəkar komandası
investisiyadan vəsaitinin dəyərini qorumaq istəyən və ya yüksək
gəlir hədəfləyən müştərilərinə konsultasiyalar təqdim edir, onların
maliyyə hədəflərini reallaşdırmağa dəstək olur. Şirkət investorlara
həm yerli, həm də beynəlxalq maliyyə bazarlarına çıxış təmin
edir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 1548



























