
Bakı. Trend:
İdman.Biz TV-nin “Ulduzlu İdman” verilişinin növbəti qonağı
tanınmış aparıcı və aktyor İbrahim Çingiz olub. Ona atası, tanınmış
teatr və kino aktyoru Çingiz Əhmədov dəstək verib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, verilişin aparıcısı Zümrüd Bədəlova ilə
söhbət zamanı ata və oğul idmana olan həvəslərindən söz açıb,
həyatlarında yaşanan bir sıra maraqlı məqamları açıqlayıblar.
Xüsusi qonaq pencak silat üzrə Azərbaycan millisinin baş məşqçisi,
İndoneziya döyüş sənəti ustası Meqami Bayramov olub. İbrahim Çingiz
bu ekzotik idman növünə maraq göstərib və öz məharətini nümayiş
etdirib.
YouTube kanalımızda çox maraqlı verilişi izləyin!





























