Advertisement

Səlahət Ağayev “Səbail”dən ayrılıb – Trend.Az

Bakı. Trend:

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti
açıqlayıb.

Paytaxt təmsilçisi qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb.
“Səbail”lə qolkiper arasında başa çatan müqavilənin müddəti
uzadılmayıb.

Qeyd edək ki, Ağayev “Səbail”ə 2023-cü ilin yayında keçmişdi. O,
ötən mövsümdə 31 matçda iştirak edib.