
Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti
Rövşən Nəcəf bp şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı
vitse-prezidenti Qordon Birrel ilə görüşüblər.
Trend xəbər verir ki, görüşdə bp-nin Azərbaycanda enerji
sahəsində həyata keçirilən layihələrdə, o cümlədən, bərpaolunan
enerji layihələrində iştirakda maraqlı olduğu ifadə edilib.
Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar,
potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn
dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.



























