Advertisement

“Beşiktaş”dan “Zenit”ə – Trend.Az

Bakı. Trend:

“Beşiktaş” Baktiyar Zaynutdinovla yollarını ayıracaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, Qazaxıstan yığmasının üzvü yenidən
Rusiyada çıxış edəcək.

26 yaşlı yarımmüdafiəçi “Zenit”lə müqavilə bağlayacaq.
“Beşiktaş” bu transferdən 4,5 milyon avro qazanacaq. İstanbul klubu
məhz bu qiymətə Zaynutdinovu ötən ilin yayında ÇSKA-da heyədə cəlb
etmişdi.

Qeyd edək ki, qazaxıstanlı futbolçu “Beşiktaş”ın heyətində 37
oyunda 1 qol vurub.