Advertisement

Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 988,4 milyon manatlıq avtomobil benzini
və dizel yanacağı satılıb.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata
görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Bu ilin ilk 4 ayında alıcıların son istehlak məqsədilə aldıqları
mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel
yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda
pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o
cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət
dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər
və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,1 %
artıb.