Advertisement

Hərracda dollara tələb 97 milyonu ötüb

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə
Trend
-ə Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, hərracda tələb 97,5 milyon dollar təşkil edib və
tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində
formalaşıb.

Qeyd edək ki, iyunun 4-də hərracda tələb 72,8 milyon dollar
təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində
formalaşıb.