Advertisement

Azərbaycan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu üçün strateji məkandır (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanın Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin uğurlu
fəaliyyətinin təmin olunmasında böyük rolu var.

Bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə
ekspert Rauf Ağamirzəyev bildirib.

O qeyd edib ki, bu marşrut Azərbaycan ərazisinin önəmli bir
hissəsindən keçir və ölkənin nəqliyyat, iqtisadiyyat və siyasi
əlaqələri üçün strateji əhəmiyyət kəsb edir.

“Son zamanlar regionda baş verən mürəkkəb geosiyasi vəziyyət bu
dəhlizlərin əhəmiyyətin artırır. Trans-Xəzər marşrutu Azərbaycanın
ticarət yollarını genişləndirir. Bu, ölkənin ticarət potensialını
artırır və regionda daha bir iqtisadi mövqe əldə etməsinə kömək
edir.

Marşrut boyu infrastrukturun inkişafı və nəqliyyat sahəsində
layihələr Azərbaycanın özünəməxsus enerji və iqtisadi resurslarını
daha sürətli və sərfəli şəkildə dünya bazarlarına çıxarmağa kömək
edir. Orta Dəhlizin digər mühüm məqamlarından biri infrastrukturla
bağlıdır. Yəni dəhliz boyu dar boğazların aradan qaldırılması təmin
edilməlidir. Lakin ümumi olaraq yaxın beş il ərzində müsbət
dinamika müşahidə olunacaq”, – deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik: