Bakı. Trend:
Minifutbol üzrə Avropa çempionatı davam edir.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda
təşkil olunan yarışda 1/4 final matçları keçirilib.
Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Çempionatda
keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Elşad Quliyevin
yetirmələri seriyasını davam etdirə bilməyiblər. Oyunun əsas vaxtı
0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında bəlli
olub. 7:6 hesabı ilə qalib gələn Qazaxıstan yarımfinala vəsiqə
qazanıb.
Avropa çempionatı
1/4 final
6 iyun
19:00. Qazaxıstan – Azərbaycan – 0:0, pen. 7:6
Qeyd edək ki, yığmamız bunadək qrupda Belçikaya 3:0, İtaliyaya
2:1, Fransaya 3:1, 1/4 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib
gəlib.





























