Advertisement

İngiltərəli futbolçular Qriliş və Maquayr AVRO-2024-dən kənarda

Bakı. Trend:

İngiltərə millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 7 futbolçunu
komandadan kənarda qoyub.

O, Ceyms Trafford, Harri Maquayr, Carrad Brantveyt, Carell
Kuansa, Kurtis Cons, Ceyms Maddison və Cek Qrilişi Almaniyaya
aparmamaq qərarına gəlib. İngiltərə qrup mərhələsində Sloveniya,
Danimarka və Serbiya ilə mübarizə aparacaq.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford
(“Everton”), Aaron Ramsdeyl (“Arsenal”);

Müdafiəçilər: Lyuis Dank (“Brayton”), Mark Quehi (“Kristal
Pelas”), Ezri Konsa (“Aston Villa”), Co Qomes, ( “Liverpul”), Lyuk
Şou (“Mançester Yunayted”), Kieran Tripye (“Nyukasl”), Con Stouns,
Kayl Uoker (hər ikisi “Mançester Siti”);

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold, (“Liverpul”), Konor
Qallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Adam Uoton
(“Kristal Pelas”), Deklan Rays (“Arsenal”);

Hücumçular: Cud Bellinqem (“Real”, İspaniya), Carrod Bouen
(“Vest Hem”), Ebereçi Eze (“Kristal Pelas”), Fil Foden ( “Mançester
Siti”), Entoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”,
Almaniya), Koul Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal”), İvan
Toni (“Brentford”), Olli Uotkins (“Aston Villa”).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək
keçiriləcək.