
Bakı. Trend:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin
olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat
göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən
isə bu göstəricinin 990,0 manat olacağı proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Dövlət
sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklikliyin müzakirə zaman deyib.
O qeyd edib ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları,
qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının
artımını şərtləndirir.
“Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun 2024-cü il
üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud
3.387,1 milyon manatdan 190,0 milyon manat artırılaraq 3.577,1
milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur.
Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği
25,0 milyon manat artılaraq 6500,0 milyon manatdan 6525,0 milyon
manata çatdırılması təklif olunur.
Bununla yanaşı Fondun aparatının və yerli bölmələrinin
saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata
çatdırılmış, eləcə də pensiya və müavinətlər üzrə bank
əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat
artırılmışdır.
Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin
öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan
vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0
milyon manat təşkil edəcəkdir.
Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz
artırılaraq 6949,9 milyon manata çatdırılmışdır.
Yekun olaraq, DSMF büdcəsinin 2024 cü il üçün dürüstləşmiş
gəlirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat
təşkil edəcəkdir”, – deyə M.Quliyev əlavə edib.



























