
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərə 147 mənşə sertifikatı verilib.
Trend xəbər verir ki, bu,
ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 % çoxdur.
Hesabat dövründə “CT-1” formalı mənşə sertifikatı 98 ədəd,
“Ümumi” formalı mənşə sertifikatı 49 ədəd təşkil edib.



























