
Bakı. Trend:
“İdman Bizdə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin
budəfəki qonağı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
qazanan Azərbaycan millisinin boksçusu Malik Həsənov (63,5 kq)
olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, qonağımız Tailandın paytaxtı Banqkokda II
Dünya Olimpiya Təsnifat Turnirində əldə etdiyi vəsiqə üçün çəkdiyi
əziyyətlərdən danışıb, döyüşlərini şərh edib.
O, həmçinin Olimpiadadakı hədəflərindən danışıb, özü ilə bağlı
heç yerdə demədiyi maraqlı məqamları açıqlayıb.





























