Advertisement

Azərbaycanda bu məhsulların istehsalı, idxalı və satışı vergidən AZAD EDİLİR

Bakı. Trend:

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı vergidən
azad edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif
edilən dəyişiklikdə öz əksini tapıb.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, müdafiə
təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah
və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların
dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı,
təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata
keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi
əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici
hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər
tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı,
təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad
ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.