Bakı. Trend:
“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi maraqlı
açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 36 yaşlı ulduz “Barselona”da oynadığı
zaman əzəli rəqibləri “Real”ın dünyanın ən yaxşısı olduğunu etiraf
edib.
Messinin sözlərinə görə, madridlilərin nəticəsi də bunu
göstərir: “Dünyanın ən yaxşı komandası “Real”dır. Son Çempionlar
Liqasını da onlar qazanıblar. Nəticələrinə görə də “Kral klubu” ən
yaxşıdır. Söhbət oyundan gedirsə, Pep Qvardiolanın “Mançester
Siti”sinə rəğbət bəsləyirəm. Məncə, onun istənilən komandası
xüsusidir, çünki Xosep çalışdığı klublarda əsl futbol oynamağı
aşılayır”.
Qeyd edək ki, Messi 2003-21-ci illərdə “Barselona”da
oynayıb.





























