
Bakı. Trend:
Cari ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və
əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın
olub.
Trend Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu
mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11
faiz və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə
daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz artaraq 1,5
milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin
müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artıb və 83 milyon manatdan
çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1
faiz artaraq 62,9 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin
yanvar-may aylarına nisbətən 9,1 faiz artıb və 403,4 milyon manat
təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,3
faiz artaraq 286,3 milyon manatdan çox olub.



























