
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin
əvvəlindən iyunun 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat)
244,069 milyon dollar gəlir əldə edib.
Trend Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı
məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər
ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə
olunan gəlirlər hesabat dövründə 3,3 dəfə azalaraq 60,784 milyon
dollar təşkil edib.



























