Advertisement

“Trabzonspor” – “Fənərbağça” oyununa görə 12 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyə Super Liqasının XXX turunun “Trabzonspor” – “Fənərbağça”
matçının gedişində və oyundan sonra yaşanan qalmaqalla bağlı ilkin
addım atılıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, qardaş ölkənin Daxili İşlər Nazirliyi
tərəfindən məsələ ilə bağlı 12 nəfər saxlanılıb.

Onlar qalmaqalın böyüməsində xüsusi fəallıq göstərməkdə
günahlandırılırlar.

Qeyd edək ki, oyunboyu meydana pirotexniki vasitələr atan
azarkeşlərin hərəkətləri matçın bir neçə dəfə dayandırılması ilə
nəticələnib. “Trabzonspor”un künc zərbəsi zamanı qonaqların cərimə
meydanın atılan yanan əşyalar Edin Dzekonun yerə yıxılmasına
gətirib çıxarıb. Nəticədə matç bir neçə dəqiqəlik dayanıb.

Az keçmədən hücum edən “Fənərbağça”nın digər üzvü Duşan Tadiç
kənar əşyaların “qurbanı” olub. Onun yerdə qalması üzündən bu dəfə
də oyunda məcburi fasilə yaranıb.

Köməkçi hakim Kerem Ersoy da pirotexniki vasitələrdən zərər
çəkənlərə qoşulub. Baş hakim Halil Umut Meler briqadasını yanına
çağırdıqda da oyunda fasilə yaranıb. Stadionda tamaşaçılara belə
hərəkətlərə yol verməməklə bağlı müraciətdən sonra qarşılaşma davam
edib.

Amma azarkeşlər oyundan sonra da dayanmayıb. Trabzon
təmsilçisinin məğlubiyyətindən narazı fanatlar meydana daxil
olublar.

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnib.