Bakı. Trend:
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,27 % artaraq 80,69 ABŞ
dolları təşkil edib.
Bu barədə
Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust
fyuçerslərinin qiyməti 78,32 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci
il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci
ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft
əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi
haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



























