Bakı. Trend:
Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 7 milyard
499 milyon 106,4 min manat vergi daxil olub.
Trend bu barədə DVX-ya
istinadən xəbər verir.
Məlumata görə, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard
manatdan çox vəsait ödənilib.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox
təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan
vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 % çox olub.
Ödənilən vergilərin 69,9 %-i qeyri-neft-qaz sektorunun, 30,1 %-i
isə neft-qaz sektorunun payına düşüb.



























