Advertisement

Nağdsız qaydada daşınmaz əmlak alanlara bu il nə qədər ƏDV geri qaytarılıb?

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət və
iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları,
avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna
olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə
məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə
ödənilmiş ƏDV-nin 74,02 milyon manatı fiziki şəxs olan
istehlakçılara geri qaytarılıb.

Trend bu barədə İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər
verir.

Məlumata görə, “ƏDV geri al” layihəsinin reallaşdırılması
nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində
nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə
məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al”
layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-may aylarında 8
milyon 169,2 milyon manat təşkil edib.