Bakı. Trend:
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində usta
cüdoçular arasında Avropa çempionatında cüdoçularımız daha 2 qızıl
və 4 bürünc medal qazanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarışın ikinci günündə M3 və M4 yaş
kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.
M3 yaş kateqoriyası üzrə 66 kq çəkidə Vüqar Babayev qızıl medal
əldə edib. Mənsur Abbasov (60 kq), Azər Fətullayev (81 kq) və
Nizami Məmmədov (100 kq) bürünc medal qazanıblar.
M4 yaş kateqoriyası üzrə 100 kq çəkidə Emil Hüseynov qızıl, 73
kq çəkidə Əli Əlibəyli isə bürünc mükafat qazanıb.





























