Advertisement

Ermənistanı çox güc sərf etmədən məğlub etdik – Amil Həmzəyev

Bakı. Trend:

Bizim üçün rahat oyun oldu.

Trend xəbər verir ki, bunu
İdman.biz
basketbolun 3×3 növü üzrə Azərbaycan millisinin kapitanı Amil
Həmzəyev deyib.

Təcrübəli basketbolçu Kosovoda keçirilən Avropa Kubokunun
təsnifat mərhələsinin ilk oyununda Ermənistan üzərində qələbəni
dəyərləndirib: “Rəqibin gənc heyəti var idi və 3×3 növündə ilk dəfə
çıxış edirdilər. Qaydalara da yaxşı bələd deyildilər. Hamıdan çox
xal topladım. Qarşıdakı oyunlarda da əlimizdən gələni etməyə
çalışacağıq. Ermənistanı çox güc sərf etmədən məğlub etdik”.

Həmzəyev bildirib ki, hədəfləri yalnız turnirin qalibi olmaqdır:
“Bu oyun daha gərgin keçəcək. Həm ev sahibidirlər, həm də daha
yaxşı komandadır. Çalışacağıq ki, bütün oyunlarımızı qazanaq. Çünki
1-ci yeri tutan birbaşa yarımfinala gedir. Buna nail olub və sabah
1 oyun daha az keçirmək istəyirik”.

Qeyd edək ki, bu gün millimiz Kipr və Albaniya komandaları ilə
də üz-üzə gələcək.