Bakı. Trend:
Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi
Avropa kubokuna start verib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən
turnirin ilk günündə komandamız ilk matçına çıxıb.
Yığmamız ilk matçında Malta ilə qarşılaşıb. Komandamız ikinci
oyunu Lüksemburqla keçirəcək. Digər qrupda İrlandiya, Andorra,
Kosovo və Kipr gücünü yoxlayacaq.
Avropa kuboku
Təsnifat mərhələsi
8 iyun
17:50. Azərbaycan – Malta – 17:14
23:20. Azərbaycan – Lüksemburq
Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin
sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə
qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər
qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.





























