
Bakı. Trend:
Daşkənddə şahmat üzrə Masters turniri davam edir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar
Məmmədyarov bu gün üçüncü görüşünü keçirib.
İlk iki turda heç-heçə edən həmyerlimiz bu dəfə də xalları yarı
bölüb. O, qara fiqurlarla 25-ci gedişdə iranlı Parham Maqsudlu ilə
heç-heçə edib.
3-cü tur
Parham Maqsudlu (İran) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Nodirbek Abdusattarov (Özbəkistan) – Nodirbek Yakubboyev
(Özbəkistan) 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) – Javoxir Sindarov (Özbəkistan) –
0,5:0,5
Rixard Rapport (Macarıstan) – Aleksandr Qrişuk (FİDE) – 0,5:0,5
Yu Yanqyi (Çin) – Aleksey Sarana (Serbiya) – 1:0
Qeyd edək ki, Şəhriyar ilk turda Vidiş Santoş Qujarati və
Nodirbek Abdusattarovla “sülh” bağlayıb. Turnir 9 turdan ibarət
olacaq.





























