Advertisement

Azərbaycan cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar

Bakı. Trend:

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal
qazanıblar.

Trend İdman.biz
istinadən xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın
paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura imza atıblar.

Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8
bürünc medal əldə edib.

Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan
cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil
olunub.