Advertisement

“Zirə” üç futbolçu ilə müqavilə bağlayıb

Bakı. Trend:

“Zirə” üç futbolçu ilə müqavilə müddətini uzadıb.

Klubdan Trend-ə verilən məlumata görə, Qismət Alıyevlə 2, Anar
Nəzirovla isə 1 illik yeni müqavilə bağlanılıb. Ötən mövsümü icarə
əsasında “Zirə”də keçirən Fuad Bayramov isə “Şamaxı”dan birdəfəlik
transfer edilib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.