Advertisement

Ali Koç “Fənərbağça”nın prezidenti seçilib

Bakı. Trend:

Ali Koç yenidən Türkiyənin “Fənərbağça” klubunun prezidenti
seçilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, üç il bu vəzifəni tutacaq.

Ali Koçun seçkidə rəqibi 20 il klubun prezidenti vəzifəsini
tutan Aziz Yıldırım olub. Məğlubiyyətə baxmayaq, Yıldırım rəqibini
təbrik edib, ona uğurlar arzulayıb.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən “Fənərbağça”nın
prezidentidir.