Advertisement

Azərbaycanın iki yunan-Roma güləşçisi reytinq turnirində qızıl medal qazanıb

Bakı. Trend:

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı
Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

Trend-in
məlumatına görə, yarışın sonuncu günündə Eldəniz Əzizli (55
kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə
tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli
Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna
yiyələnib.

Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı Nao
Kusakaya yenilib – 1:2.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən
Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram)
isə bürünc mükafat qazanıb.