Advertisement

Karlos Alkaras “Rolan Qarros-2024”un qalibi oldu

Bakı. Trend:

“Rolan Qarros-2024” tennis turnirində kişilərin yarışında da
qalib müəyyənləşib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Karlos Alkaras finalda Aleksandr Zverevə qalib
gəlib.

4,5 saat sürən qarşılaşma 3:2 hesabı ilə yekunlaşıb. 6:3, 2:6,
5:7, 6:1, 6:2 hesablı setlərlə başa çatan oyunda Alkaras ilk dəfə
Fransa Açıq Turnirində qələbə qazanıb. Bu, ispaniyalı tennisçinin
“Böyük Dəbilqə” yarışlarında 3-cü uğuru olub. O, bundan əvvəl US
Open-2022 və Uimbildon-2023 baş mükafata sahib olub.

Qeyd edək ki, 21 yaşlı Alkaras 3 fərqli – torpaq, ot və sərt
örtüklərdə çempion olan ən gənc tennisçi kimi tarixdə düşüb.