Advertisement

“PAŞA Kapital” “Kapital Bank” ASC-nin istiqrazlarına abunə yazılışı elan edir

Bakı. Trend:

10 iyun 2024-cü il tarixində “Kapital Bank” ASC-nin 50 000 000
manat həcmində istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcək.
Qiymətli kağızların əsas xüsusiyyətləri: sənədsiz, adlı, faizli,
təmin edilməmişdir.

Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100
manat, sayı 500 000 ədəd, tədavülü 1 ildir. Qiymətli kağızların
gəlirliliyi 10% təşkil edəcək və investorlara ildə günlərin sayı
360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim
gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec
olmayaraq ödəniləcək.

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi,
abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. “Kapital Bank”
ASC-nin istiqrazları üçün abunə yazılışı 3-7 iyun 2024-cü il
aralığı təyin edilib. Emissiyanın anderrayteri qismində “PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir. Qeyd edilmiş qiymətli
kağızlara investisiya imkanı ilə maraqlanan investorlar “PAŞA Kapital İnvestisiya
Şirkəti
QSC-yə müraciət edə
bilər.

Müraciət üçün əlaqə nömrəsi: 1548