Advertisement

“Azərpoçt”un kart sahibləri artıq “GooglePay”lə ödəniş edə bilərlər

Bakı. Trend:

“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə
yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi məlumat yayıb.

Belə ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma
üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını
“GoogleWallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata
keçirə bilərlər. Bununla daistifadəçilərin kartları özləri ilə
daşımasına ehtiyac qalmır.

Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub,
ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən
xidmətdir.

Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində
mobil telefonlarını post-terminala yaxınlaşdıraraq ödənişlərini
saniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay”onlayn
alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.

Kartların təhlükəsiz şəkildə “GoogleWallet”də saxlanılması,
həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının
olması da xidmətin əlçatanlığını təmin edir.

Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da
biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə
sürətini artırmağa xidmət göstərir.