Advertisement

Nazim Sadıqovun UFC-də növbəti rəqibi bəlli olub

Bakı. Trend:

Azərbaycanlı döyüşçü Nazim Sadıqovun UFC-də növbəti döyüşünün
vaxtı və rəqibi dəqiqləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, həmyerlimiz karyerasında 4-cü görüşünə
iyulun 13-də çıxacaq.

Onun rəqibi şotlandiyalı Kris Dunkan olacaq. Son döyüşündə
uduzan 31 yaşlı idmançı bunadək 11 dəfə qələbə qazanıb, 2 dəfə
məğlub olub.