Advertisement

Orta Dəhlizin inkişafının bir sıra üstünlükləri var – Belçika səfiri

Bakı. Trend:

Orta Dəhlizin inkişafının sürət, daha az karbon emissiyası və
böhran vəziyyətində tədarüklərin şaxələndirilmısi
nöqteyi-nəzərindən bir sıra üstünlükləri var.

Bu barədə Trend-ə Belçikanın Azərbaycandakı səfiri Mişel
Petersmans deyib.

“Orta Dəhlizin, əsasən, quru nəqliyyatı ilə inkişafı (Xəzər
dənizi ilə kəsişmə istisna olmaqla) beynəlxalq marşrutların
şaxələndirilməsinə imkan yaradır. Avropa İttifaqı (Aİ) ölkələri və
Çin arasında ticarət, əsasən, Sakit okean limanlarından dəniz yolu
ilə həyata keçirildiyi halda, yüklərin bir qisminin Mərkəzi Asiya
və Qafqazdan keçməsi sürət, daha az karbon emissiyası və böhran
vəziyyətində tədarüklərin şaxələndirilməsi nöqteyi-nəzərindən bir
sıra üstünlüklərə malikdir”, – deyə səfir bildirib.

Petersmans qeyd edib ki, Orta Dəhliz həm də Qafqaz və Mərkəzi
Asiya ölkələri üçün öz coğrafi və geosiyasi mövqeyindən maraqları
naminə istifadə etməklə investisiyaları stimullaşdırmaq və nəticədə
iş yerləri açmaq üçün bir vasitədir.

“Bu məqsədə nail olmaq üçün həm fiziki infrastrukturun
təkmilləşdirilməsi, həm də inzibati sadələşdirmə və qaydaların
uyğunlaşdırılması yolu ilə sərhəd keçidlərinin asanlaşdırılması
üzərində işləmək lazımdır”, – deyə o vurğulayıb.

“Səfir, həmçinin, Belçikanın Aİ-nin mərkəzində kommunikasiya
qovşağı olduğunu və yüksək inkişaf etmiş nəqliyyat və logistika
şəbəkəsinə, o cümlədən, bir neçə ildir ki, bir bütün təşkil edən
Antverpen və Zebrugge limanlarına malik olduğunu əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun