
Bakı. Trend:
Turnirdəki çıxışımı yüksək qiymətləndirirəm.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma
güləşçisi Murad Məmmədov (63 kq) deyib.
O, Macarıstanın paytaxtı Budapeştə keçirilən reytinq
turnirindəki çempionluğunu şərh edib.
Məmmədovun sözlərinə görə, yarışdakı hər üç görüşü çox yaxşı
keçib: “Yarışa yollananda çempion olacağıma inanırdım. Çünki
turnirə yaxşı hazırlaşmışdım. Ümumilikdə bütün yarışlara
məsuliyyətli yanaşıram. Əsas məqsədim də Olimpiadada qızıl medala
sahib olmaqdır. Sevinirəm ki, Macarıstanda istəyimə çatdım”.
Avropa çempionu bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları
öncəsi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq ona motivasiya
verir: “Bu, düzgün məşqlərin göstəricisidir. Belə davam edərək
Olimpiadaya hazırlaşacam. Zədəsiz Parisə yollanıb, istəyimizə nail
olarıq. Qarşıda bizi Göygöldə 14 günlük təlim-məşq toplanışı
gözləyir. Olimpiadada qızıl medal qazanmaq çətin olacaq. Amma mən
gücümə inanıram. Çox əziyyət çəkirəm. İnanıram ki, bunlar yerdə
qalmayacaq. Rahatam”.
Qeyd edək ki, Paris-2023 Yay Olimpiya Oyunlarının lisenziyaçısı
1/4 finalda yerli Levente Totha 11:0 hesabı ilə qalib gəlib. O,
daha sonra iranlı Meysam Dalkhaniyə (10:1) qalib gələrək finala
yüksəlib. Güləşçimizin həlledici görüşdə isə moldovalı Viktor
Çobanudan güclü olub – 10:0.





























