
Bakı. Trend:
Mobil sənaye qlobal dayanıqlı inkişafa mühüm töhfə verir.
Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda
“Dayanıqlı inkişaf: problemlər və həllər” mövzusunda keçirilən
tədbirdə deyib.
“Bizim ətraf mühit, sosial və idarəetmə (ESG) məqsədlərinə nail
olmaq üçün lazım olan texnologiyalarımız var və mobil rabitə
bunlardan biri olmaqla bütün dünyada kommunikasiyalar üzrə
uzunmüddətli nəticələrə malikdir. Bu gün bu mühüm sahəni təmsil
edən mobil sənaye nümayəndəsini salamlayırıq. Mobil sənaye qlobal
dayanıqlı inkişafa mühüm töhfə verməklə texnologiyanı əhalinin ən
həssas təbəqəsi üçün daha inklüziv və əlçatan edir”, – deyə o
bildirib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























