Advertisement

Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq – Kanako Mabuçi

Bakı. Trend:

Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş
məqsədlərinin əldə olunmasına imkan yaradacaq.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda
“Dayanıqlı inkişaf: problemlər və həllər” mövzusunda keçirilən
tədbirdə deyib.

“Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş
məqsədlərinin əldə olunmasına imkan yaradacaq. O, müsbət
dəyişikliklərə səbəb olmaq, cəmiyyətlərin imkanlarını
genişləndirmək və dayanıqlı gələcək yaratmaq potensialına malikdir.
Mobil rabitə və mobil internet istifadəçilərinin sayının artması,
eləcə də mobil texnologiyalar əsasında istifadəçi xidmətlərinin
sürətləndirilməsi və dayanıqlı biznes qurmaq metodları sayəsində
mobil sənaye bu prosesdə açar rolu oynaya bilər. Beləliklə, mobil
sənayenin dayanıqlı inkişaf məqsədlərinin (DİM) əldə edilməsi üzrə
kollektiv səylərin bir hissəsinə çevriləcəyinə ümid edirik”, – deyə
o vurğulayıb.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun